Azərbaycan prezidenti Riqada “Azadlıq” abidəsini ziyarət edib

17 İyul 2017 14:44 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev və Latviya prezidenti Raymonds Veyonis Riqa şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər.

Abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçıları abidənin önünə əklil qoyublar, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.