“Rezidentura” jurnalının dördüncü nömrəsi çapdan çıxıb

17 İyul 2017 14:35 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” jurnalının 4-cü nömrəsini nəşr etdirib. DİM-dən SİA-ya bildiriblər ki, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Jurnalın elektron versiyasını da (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)