Politoloq: “Azərbaycan torpaqlarını azad etmək üçün bütün imkanlara malikdir” MÜNASİBƏT

17 İyul 2017 13:57 (UTC+04:00)

“Dağlıq Qarabağ münaqişəsinin nə hərb, nə sülh vəziyyətində saxlanması taktikası artıq iflasa uğramaq üzrədir. Bu münaqişəni yaradanların münaqişəni Ermənistanın xeyirinə çevirmək planları bütünlüklə fiaskoya uğradı. Azərbaycan torpaqlarını işğal edərək Ermənistan adına sənədləşdirməyə çalışan qüvvələrin bu məsələdə yanıldıqları artıq faktdır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, işğalçı qüvvələr Bişkek protokolounu əsas gətirərək münaqişənin hərbi yolu variantının olmadığını desələr də artıq özləri çox yaxşı bilirlər ki, bu protokolun siaysi qüvvəsi bitib və onların özlərinin günahı ucbatından əhəmiyyətsiz sənədə çevirilib: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək isyətinin qarşısını yalnız kobud xarici müdaxilə ala bilər. Çox təəssüf ki, indiyə qədər bu istəyimizin reallaşmamasının əsas səbəbkarı da məhz bu faktordur.

Bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə hər iki dövlətin rəhbərlərinin görüşünün təşkili üçün razılığa gəlinib. Əslində Prezidentlərin görüşünün təşkili münaqişənin həllinə yönəlik müəyyən sənədin imzalanmasından xəbər verir. Lakin dəfələrlə tərəflər ilkin olaraq razılaşdıqları məsələlərdə görüş zamanı imtina etməli olublar. Daha doğrusu bu addımı hər dəfə müxtəlif bəhanələrlə Ermənistan tərəfi atıb. Bəhanə olmadıqda isə qarın ağrısını bəhanə edib görüşü yarımçıq tərk ediblər.

Lakin sonuncu dəfə keçən ilin dekabrında BMT –nin təşkilatçılığı ilə Fransada bir görüş keçirilməsi nəzərdə tutulsa Azərbaycan Prezidenti haqlı olaraq bu görüşdən imtina etdi. Çünki, bu görüş ərəfəsində tərəflər arasında heç bir sənədin imzalanması gözlənilmirdi. Bu görüşün baş tutacağı və münaqişənin nizmalanması yönündə hər hansı bir müsbət sənəd imzalanacağı baş verərsə belə görüşlərin intensivliyinin artmasına ümid etmək olar. Yoxsa, müharibə qaçılmazdır. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün imkanlara malikdir. Xaricdən hər hansı kobud müdaxilə o ölkənin Azərbaycanla bütün əlaqələrinin kəsilnməsinə gətirib çaxaracaq. Bu isə yaxın 10 ildə Türkiyə ABŞ və Yaponiyanın maraq dairəsinə düşən ərazilərdə mövqe itkisinə səbəb ola bilər”.