Rezidenturaya qəbul olmuş şəxslər sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməlidir

17 İyul 2017 13:50 (UTC+04:00)

2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”lərinin istifadəçi adını, namizədin elektron ərizələrinin iş nömrəsini və sənədləri Səhiyyə Nazirliyinə təqdim etməlidirlər. Nazirlikdən SİA-ya verilən məlumata görə, qəbul olmuş şəxsləri sənədlərini iyulun 24-dək təqdim etməli və nazirliklə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni bağladıqdan sonra qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.