"Qəbələ"nin rəqibi çempionata qələbə ilə başladı

17 İyul 2017 12:54 (UTC+04:00)

Polşa çempionatında 2017/18 mövsümünə start verilib. SİA-nın məlumatına görə, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Yagelloniya" ilk turda "Termalika" ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 47-ci dəqiqədə penaltidən dəqiq yararlanan Luşak Sekulski vurub.

Xatırladaq ki, "Qəbələ" "Yagelloniya" ilə Bakıda keçirdiyi ilk oyundan 1:1 hesablı bərabərliklə ayrılıb. Bu cütün cavab qarşılaşması iyulun 20-də Polşada baş tutacaq.