Güləşçilərin yeni reytinq siyahısı açıqlayıb

17 İyul 2017 11:38 (UTC+04:00)

Dünya Güləş Birliyi 2017-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, ilk onluqda ümumilikdə 20 güləşçimizin adı var.

Sərbəst güləşçilərin siyahısında Georgi Edişeraşvili, Mahir Əmiraslanov, Hacı Əliyev, Məhəmməd Müslümov, Cəbrayıl Həsənov, Murad Süleymanov, Aleksandr Qostiyev, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədovun adı ilk onluğa daxil edilib. Qadın güləşçilərdən Mariya Stadnik, Nataliya Sinişin, Alyona Kolesnik, Tatyana Omelçenko onluqda yer alıb. Yunan-Roma güləşçilərinin onluğunda isə Murad Məmmədov, Rəsul Çunayev, Həsən Əliyev, Rafiq Hüseynov, İslam Abbasov, Orxan Nuriyev və Sabah Şəriətinin adlarını görmək mümkündür.

57 kq
2. Georgi Edişeraşvili - Avropa çempionatı 1-ci yer (2)
8. Mahir Əmiraslanov - Yaşar Doğu turniri 1-ci yer (7)
13. Mircəlal Həsənzadə - Tbilisi Qran Pri turniri 2-ci yer (nr)
19. Əfqan Xaşalov - Gənclərin AÇ 1-ci yer (nr)

61 kq
6. Hacı Əliyev - Dünya Kuboku 1-ci yer (6)
11. Qalib Əliyev - Tbilisi Qran Pri turniri 1-ci yer (nr)
16. Əli Rəhimzadə - Gənclərin AÇ 1-ci yer (19)
17. Əhmədnəbi Qvarzatilov - Ukrayna turniri 1-ci yer (14)

65 kq
10. Məhəmməd Müslümov - Dan Kolov turniri 3-cü yer (10)
20. Gitinomaqomed Hacıyev - Qızıl Qran Pri 2-ci yer (20)

70 kq
13. Ruslan Dibirhacıyev - Avropa çempionatı 3-cü yer (13)
14. Hacımurad Ömərov - U-23 AÇ 2-ci yer (14)

74 kq
3. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (3)
9. Murad Süleymanov - Avropa çempionatı 2-ci yer (9)

86 kq
4. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (8)
12. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (12)

97 kq
5. Aslanbek Alborov - Yaşar Doğu turniri 1-ci yer (5)

125 kq
4. Cəmaləddin Məhəmmədov - Avropa çempionatı 2-ci yer (4)
48 kq
2. Mariya Stadnik - Avropa çempionatı 1-ci yer (2)

55 kq
9. Alyona Kolesnik - Avropa çempionatı 3-cü yer (9)

58 kq
9. Nataliya Sinişin - Dan Kolov turniri 3-cü yer (8)

60 kq
5. Tatyana Omelçenko - Avropa çempionatı 3-cü yer (6)

69 kq
14. Elis Manolova - Yarıgin Qran Pri turniri 3-cü yer (15)
59 kq
9. Murad Məmmədov - U-23 AÇ 1-ci yer (9)
15. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (14)
18. Taleh Məmmədov - Nikola Petrov turniri 3-cü yer (18)

66 kq
12. Kamran Məmmədov - Nikola Petrov turniri 1-ci yer (13)

71 kq
1. Rəsul Çunayev - Dan Kolov turniri 1-ci yer (2)
5. Həsən Əliyev - Dünya çempionatı 3-cü yer (5)

75 kq
11. Elvin Mürsəliyev - Dünya Kuboku 1-ci yer (10)

80 kq
5. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (6)

85 kq
3. İslam Abbasov - Vehbi Emre turniri 2-ci yer (3)

98 kq
8. Orxan Nuriyev - U-23 AÇ 1-ci yer (8)

130 kq
6. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (6)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.