“Kəpəz” heyətinə 3 yeni futbolçu cəlb edib

17 İyul 2017 10:44 (UTC+04:00)

Türkiyədə hazırlıqlarını davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub. SİA-nın məlumatına görə, Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Viktor, Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir.

1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidir.

“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandanın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib.