“İçerde”nin aktyoru yaxta aldı FOTO

17 İyul 2017 10:22 (UTC+04:00)

“İçerde”nin “Sarp”ı aktyor Çağatay Ulusoy da yaxta sahibi olub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, 16 metrlik yaxtaya aktyor 1 milyon 250 min lirə pul verib.

Yaxtadan o qədər də anlayışı olmayan Çağatayın köməyinə həmkarı Kıvanç Tatlıtuğ gəlib. O, hətta alış-veriş zamanı da dostunun yanında olub və yaxtanın qiymətini 100 min lirə endirib.

Ulusoy aldığı yeni nəqliyyat növünü özü sürmək üçün kurslara getməyi planlaşdırır.