Azər Həsrət: “Azərbaycanla Latviyanın tarixə söykənən münasibətləri var”

17 İyul 2017 11:56 (UTC+04:00)

“Azərbaycan dövləti istər Avropa Birliyi, istərsə də ona üzv dövlətlərlə ikitərəfli, bərabərhüquqlu və qarşılıqlı hörmətə söykənən münasibətlərin qurulmasında maraqlıdır və daim bu kursa sadiqdir. Bu baxımdan Prezidentin Latviyaya səfərin faydalı olduğu şübhəsizdir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Latviya kiçik dövlət olsa da AB-də özünəməxsus yeri və rolu var: “Eyni zamanda bu dövlətin Azərbaycanla tarixə söykənən münasibətləri var. Özü də bu münasibətlər həmişə yüksək səviyyədə olub.

Belə bir dövlətlə münasibətlərin yeni mərhələyə daşınması bütövlükdə Avropa ilə münasibətlərin perspektivinə müsbət təsir edəcək”.