Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır

17 İyul 2017 09:47 (UTC+04:00)

Rusiya bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş təşkil etməyə çalışır. SİA-nın xəbərinə görə, bu barədə "İzvestiya" yazır.

Mənbənin sözlərinə görə, bu prosesdə yalnız Rusiya iştirak edir: "Fransızlar Bakı və İrəvanı danışıqlar masası arxasında oturtmaq istəyiblər, amma bunun heç bir xeyri olmadı. Bu arada dialoqun dəstəklənməsi prinsipial əhəmiyyət daşıyır. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə baş vermədi. Lakin yenə də tərəflərin məqsəd və baxışları müxtəlifdir".