Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

17 İyul 2017 09:25 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

SİA FHN-in saytına istinadən xəbər verir ki, Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.