İraqdan ŞOK açıqlama: "Bağdadi sağdır və Suriya ərazisində gizlənir"

17 İyul 2017 01:06 (UTC+04:00)

İraq Daxili İşlər Nazirliyinin Kəşfiyyat və anti-terror əməliyyatları xidmətinin rəhbəri Əbu Əli Bəsri bəyan edib ki, "İslam Dövləti" terror qruplaşmasının lideri Əbubəkr Bağdadi əvvəlki kimi sağdır və Suriya ərazisində gizlənir. Bu barədə "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.

Əbu Əli Bəsri Rusiya rəsmilərinin "Bağdadi Rusiya qırıcılarının İŞİD-in "paytaxtı" Rakka şəhərinə endirdiyi zərbələr nəticəsində ölüb" açıqlamasını təkzib edib. Onun sözlərinə görə, İraq kəşfiyyatı "İslam Dövlətinin" bütün liderlərinin hərəkətlərini izləyir.