C vitamini ilə zəngin meyvə-tərəvəz orqanizmi cavan saxlayır

16 İyul 2017 04:01 (UTC+04:00)

Amerikalı alimlərə görə, C vitamini ilə zəngin meyvə-tərəvəzin insan orqanizminin cavan qalmasına müsbət təsiri vardır.

Alimlər xüsusilə qadınlara C vitamini ilə zəngin meyvə-tərəvəz yeməyi məsləhət görürlər. Bu meyvələrə limon, naringi, qreypfrut, kivi və sair aiddir. Hesablamalara görə, insan hər gün bu meyvələrdən bir neçəsinin qəbul etməlidir.