"WhatsApp"da fotolar başqa cür görünəcək

15 İyul 2017 12:24 (UTC+04:00)

Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan "WhatsApp"da yeni dövr başlayır. "WhatsApp"da artıq PDF deyil, bütün növdə sənədləri paylaşmaq mümkün olacaq.

SİA-nın verdiyi məlumata görə, artıq "Android" istifadəçiləri üçün sənəd göndərmə məhdudiyyəti 100, iOS-da isə 120 MB-dır.

Bundan başqa xidmətin zəng xidmətinin görünüşü və foto göndərmək funksiyası da dəyişib. Söhbət əsnasında birdən çox foto göndərildikdə bunlar tək-tək deyil, kompleks şəkildə açılacaq, yəni fotolar qruplaşdırılacaq. İlk bir neçə foto görünəcək, geridə qalanlar isə rəqəm formasında ekranda əks ediləcək.

Zəng fuksiyasına gələn yenilik də dizayn ilə bağlıdır. Belə ki, öncə gələn zənglərə ekranda çıxan telefon işarəsini sağa sürüşdürməklə cavab vermək lazım idi. Yenilənmədən sonra isə işarəni yuxarı çəkmək lazımdır.

Hələlik qeyd edilənlər ancaq beta versiyada təqdim edilib. Lakin yaxın günlərdə bütün istifadəçilər "WhatsApp"ın bu funksiyalarından yararlana biləcəklər.