Neft ucuzlaşır

14 İyul 2017 09:12 (UTC+04:00)

Dünya birjalarında neftin qiymətində ucuzlaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,11dollar və ya 0,24% azalaraq 45,97 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,19% artaraq 48,33 dollar olub.