Azərbaycan nefti ucuzlaşdı

12 İyul 2017 10:35 (UTC+04:00)

Dünya birjalarında neftin qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,7 dollar və ya 1,55% artaraq 45,74 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,66 dollar və ya 1,39% artaraq 48,18 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,19 dollar və ya 0,4% azalaraq 47,40 dollar təşkil edib.