Siqaret çəkənlərə xəbərdarlıq: A vitaminindən imtina edin

8 İyul 2017 06:08 (UTC+04:00)

A vitamininin insan orqanizminə zərər verə biləcəyi bildirilir. Britaniyalı alimlər A vitamini ilə zəngin əlavələrin orqanizmdə xərçəng hüceyrələrinin inkişafına gətirib çıxara biləcəyini müəyyənləşdiriblər.
Alimlərin 8 illik araşdırmaları onu sübut edib ki, A vitamini orqanizmdə beta-karotin yaradır ki, bu da xərçəng yaranma riskini xeyli artırır. A vitamini xüsusilə siqaret çəkən şəxslərin orqanizmində fəsadlara səbəb ola biləır. Ona görə, alimlər ilk növbədə siqaret çəkənlərdən A vitamini ilə zəngin qidaları çoxlu miqdarda qəbul etməyi məsləhət görmürlər.