22 yaşlı oğlan çayda batıb

29 İyun 2017 06:18 (UTC+04:00)

Kürdəmirdə 22 yaşlı oğlan çayda batıb. APA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir rayon sakini, 1995-ci il təvəllüdlü Firuddun Vasif oğlu Əhmədov dünən axşam saatlarında Girdiman çayında çimərkən batıb.

Qısa müddət ərzində F. Əhmədovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Məlumata görə, mərhumun atası V. Əhmədov polis əməkdaşıdır.