Türkiyədən ABŞ-a növbəti xəbərdarlıq

29 İyun 2017 02:34 (UTC+04:00)

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Müdafiə naziri Fikri İşıqla amerikalı həmkarı Ceyms Mattis arasında görüş keçirilib. “Hotel Brüssel”də bir araya gələn tərəflər, regional məsələlər, terrola mübarizə və ikitərəfli əlaqələr barədə müzakirə aparıblar. Görüş zamanı Fikri İşıq ABŞ-la YPG-nin əlaqələrindən dolayı Türkiyənin narahatlığını həmkarının diqqətinə çatdırıb.

Mattis isə ABŞ-YPG əlaqələrinin məcburi vəziyyətdən yaranan müvəqqəti durum olduğunu bildirib.