Qonşu qonşunu qanına qəltan etdi

28 İyun 2017 11:51 (UTC+04:00)

O, kürək və dirsək nahiyələrindən kəsilmiş-deşilmiş yaralar ilə xəstəxanaya yerləşdirilib

Salyanın Babazanan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib. 46 yaşlı yerli sakin Vüqar Rafət oğlu Səfərov kürək və dirsək nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilib. Xəstənin yaxınları Vüqar Səfərovun Ceyhun adlı qonşusu tərəfindən bıçaqlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.