Misir ordusu Liviya sərhədində əməliyyat keçirib

28 İyun 2017 05:15 (UTC+04:00)

Misir ordusu terrorçulara qarşı hərbi əməliyyat keçirib. “İxlas” xəbər agentliyinin məlumatına görə, Misir ordusu Liviya sərhədini keçib ölkəyə daxil olmaq istəyən bomba yüklənmiş 12 nəqliyyat vasitəsini məhv edib. Nəqliyyat vasitələrinin hansı terror təşkilatına mənsub olduğu açıqlanmayıb.