Elxan Poluxov etimadnaməsini Braziliya Prezidentinə təqdim edib

27 İyun 2017 22:43 (UTC+04:00)

İyunun 26-da Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsini bu ölkənin Prezidenti Mişel Temerə təqdim edib.

Ölkəmizin Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, sonra keçirilən görüşdə səfir Elxan Poluxov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Braziliya dövlətinin başçısına çatdırıb. Tərəflər Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətlərini müzakirə ediblər.