Moskvada erməni iş adamı güllələnib

27 İyun 2017 14:04 (UTC+04:00)

Rusiya paytaxtında erməni iş adamı güllələnib.

SİA-nın verdiyi məlumata görə, hadisə Vereyski küçəsində baş verib. 57 yaşlı Vaçik Abqaryan öz ofisinin qarşısında atəşə tutulub. Sinəsindən yaralanan iş adamı xəstəxanaya yerləşdirilib. Həkimlər onun kliniki ölüm keçirdiyini bildiriblər.

V. Abqaryan Rusiya paytaxtında tikinti şirkətlərindən birinə rəhbərlik edib.