Bərdədə sərxoş şəxs körpüdən yıxıldı

27 İyun 2017 13:57 (UTC+04:00)

Bərdədə sərxoş şəxs körpüdən çaya yıxılıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iyunun 25-də saat 23 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini Vüqar Hüseynov sərxoş halda Tərtər çayının üzərində quraşdırılmış körpüdən ehtiyatsızlıqdan yıxılıb.

Həmin vaxt ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən V.Hüseynov sudan çıxarılaraq həyatı xilas edilib.