Tovuz sakinini elektrovoz vurub öldürdü

27 İyun 2017 11:17 (UTC+04:00)

Tovuz rayonunda elektrovoz rayon sakinini vurub öldürüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iyunun 25-də saat 12 radələrində Tovuz-Qovlar dəmir yolununun 121-ci kilometrliyində qorunmayan keçiddə elektrovozla Qovlar şəhər sakini Səlfinaz Tağıyeva vurulub və nəticədə o, hadisə yerində ölüb.

Araşdırma aparılır.