Lənkəran Dövlət Dram Teatrının truppası İranda qastrol səfərində olacaq

27 İyun 2017 06:19 (UTC+04:00)

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Parsabad şəhərində qastrol səfərində olacaq. Teatrın direktoru Tofiq Heydərov AZƏRTAC-a bildirib ki, kollektiv İran İslam Respublikasının Dram Sənəti Mərkəzi tərəfindən dəvət olunub.

İyunun 29-dan iyulun 1-nə kimi nəzərdə tutulan səfər zamanı Lənkəran sənətçiləri qonşu ölkənin Parsabad şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcəklər.