"Rusiya ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə edə bilərdi"

27 İyun 2017 00:37 (UTC+04:00)

Prezident Donald Tramp hesab edir ki, Rusiya ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə edə bilərdi. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib. “Rusiya və potensial olaraq digər ölkələr ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi”, deyə Ş.Spayser bildirib.