İranın neft emalı zavodu yanıb, 100 nəfər xəsarət alıb

26 İyun 2017 22:19 (UTC+04:00)

İranın İsfahan şəhərindəki neft emalı zavodunda yanğın baş verib, ən azı 100 nəfər xəsarət alıb. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Xəsarət alanların əksəriyyəti qazdan zəhərlənib, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi hələlik müəyyən edilməyib.