Xalq artisti vəfat edib

26 İyun 2017 14:23 (UTC+04:00)
Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib. SİA-nın xəbərinə görə, ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb. Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.