Çaya yıxılan şəxsi xilas etdilər

26 İyun 2017 14:24 (UTC+04:00)
Bərdə rayonunda körpüdən yıxılan şəxs xilas edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyunun 25-də saat 23 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini Vüqar Hüseynov sərxoş halda Tərtər çayının üzərində quraşdırılmış körpüdən çaya yıxılıb. Həmin vaxt ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən V.Hüseynov sudan çıxarılıb.