Yol qəzası - 12 ölü, 30 yaralı

26 İyun 2017 10:47 (UTC+04:00)

Argentinanın Mendosa əyalətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, 30 nəfər xəsarət alıb.Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Qəzanın səbəbləri hələ ki, məlum deyil. Polis ölənlərin sayının artacağını istisna etmir.