Beyləqanda taxıl sahəsi yanıb

26 İyun 2017 05:19 (UTC+04:00)

Dünən Beyləqanda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Beyləqan rayonu, Ağburun qəsəbəsində 0.5 ha biçilməmiş taxıl sahəsi, 1 ha biçilmiş taxıl sahəsi və “Toyota” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.