Türkiyədə terror aktı: 2 əsgər yaralanıb

26 İyun 2017 02:04 (UTC+04:00)

Türkiyənin Trabzon şəhərinin Maçka vilayətində terrora qarşı əməliyyat zamanı terrorçuların quraşdırdığı bomba partlayıb. Axar.az xəbər verir ki, hadisə nəticəsində 2 əsgər yaralanıb. Yaralılar müalicə üçün Qaradəniz Texniki Universitetinin Tibb Fakültəsinə məxsus xəstəxanaya yerləşdirilib.