MKİ rəhbərindən ŞOK açıqlama: Trampı Rusiya seçdirib

25 İyun 2017 22:03 (UTC+04:00)

2016-cı ildə ABŞ-da baş tutan seçkilər real deyildi. Axar.az xəbər verir ki, bunu MSNBC televiziyasına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo söyləyib.

“Kəşfiyyat deyirdi ki, bu seçki ruslarla bağlıdır və açığını desəm, real deyildi. Onlar buna uzun illər ərzində nail olublar. Rusiya on illərdir ki, Amerikanın demokratiyasını dağıtmağa çalışır”, – deyə o bildirib. Pompeo ABŞ-dakı prezident seçkisinə müdaxilə əmrinin birbaşa Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilməsi barədə sualı cavablandırmayıb.

Qeyd edək ki, ABŞ bundan öncə dəfələrlə Rusiyanı ölkədəki prezident seçkisinə müdaxilədə ittiham edib. Vaşinqtonun iddiasına görə, Moskva öz müdaxilələri ilə Donald Trampı hakimiyyətə gətirmək istəyib. Tramp və Moskva bu ittihamları rədd edib.