Çində ölənlərin sayı 24 nəfərə çatıb

25 İyun 2017 13:35 (UTC+04:00)

Çinin Sıçıuan əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 109 nəfər itkin düşmüş hesab olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sağ qalma ehtimalı olanların axtarışları gecə boyu davam etdirilib, bu işlərə 2500 xilasedici cəlb olunub.

Bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.