Pakistanda xeyli sayda insan həlak olub

25 İyun 2017 10:32 (UTC+04:00)

Pakistanın şərqində neft tankerində baş verən yanğın zamanı yüzdən çox insan həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanğın Pəncab əyalətində meydana gəlib.

Yanğının qurbanı azı 123 nəfər olub. Daha 40 nəfər zərər çəkib. Onların əksəriyyətinin bədəninin 70 faizi yanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Yanğının səbəbi barədə məlumat verilmir.