Kaliforniyada silahlı atışma: 1 nəfər ölüb

25 İyun 2017 03:19 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatının Nəşnl Siti şəhərində baş verən silahlı atışma zamanı 1 nəfər ölüb, 1-i isə yaralanıb. Axar.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb. Ehtimal edilir ki, olayı törədən silahlı şəxs evlərində birində polis tərəfindən mühasirəyə alınıb. Olayla bağlı təfərrüatlar açıqlanmayıb.