“iPhone 8” smartfonunun qiyməti məlum olub

13 İyun 2017 16:46 (UTC+04:00)

Yeni “iPhone 8” smartfonunun qiyməti açıqlanıb. “Apple” şirkətinin smartfonun kütləvi istehsalına bir neçə gün əvvəl başlamasına baxmayaraq, yeni qurğunun qiyməti uzun müddət gizli saxlanılıb. Bu dəfə isə şirkət nümayəndələri ABŞ-da yeni qurğunun qiymətinin təxminən 1000 dollar təşkil edəcəyi barədə açıqlama veriblər.

Ekspertlərin fikrincə, ABŞ istehsalçısının yeni smartfon modeli dünya mobil telefonlar sənayesində əsl inqilab olacaq. Buna əsas kimi qurğunun tam çərçivəsiz olacağı qeyd edilir. Bundan başqa, “iPhone 8”də displeyə yerləşdirilən barmaq izi skaneri quraşdırılacaq.