İspaniyalı səyyah bloger Azərbaycandan yazır

10 İyun 2017 15:24 (UTC+04:00)

İspaniyalı səyyah bloger Xose Antonio Ruiz Azərbaycana səfəri haqqında yazıb. Onun fotolarla zəngin olan səfər qeydləri travelzungu.com və hechosdehoy.com səhifələrində dərc edilib.

Müəllif Bakıdan olan qeydlərini iki hissəyə bölüb. İlk hissədə Azərbaycan paytaxtından, ikincidə isə onun ətrafında yerləşən Balaxanı neft mədənləri, Atəşgah, Qobustan qoruqlarına, palçıq vulkanlarına səfərlərindən bəhs edir.