Şeir boxçasından

24 May 2017 11:16 (UTC+04:00)

Azər ƏLİYEV, şair-publisist

Ağrim-acim

Hərdən düşünürəm əlimdə qələm,

Gör nələr çəkibdir başımız bizim.

İmperiya dağ çəkmiş ürəyimizə,

İmperiya əl qoymuş gərəyimizə,

Almış əlimizdən var- yoxumuzu,

Sürgündə itirmiş bir çoxumuzu.

Qılınc əyyamından ox zamanından,

Kəsilmiş neçə baş, susmuş neçə qəlb,

Bizi ayrı saldı Cənub ilə Qərb.

Qoca çinarları kökdən qoparmış,

Neçə şairimi alıb aparmış.

Susamış qanına alimlərimin,

Əlləri kəsilmiş nəqqaşlarımın.

"Türkmənçay"saxladı məni yolumdan,

"Gülüstan" döndərdi məni yolumdan.

Qandallar vuruldu şir biləklərə,

Qara duman çökdü nur diləklərə.

Dik baxan gözləri oxla vurdular,

Yurdumu yandırıb tonqal qurdular.

Gülüstan dilimdə çəmənzarlıqdı,

Gülüstan qəlbimdə bir məzarlıqdı.

Bunu dünyalara yaydı Bəxtiyar,

Bunu fəryadıyla yazdı Bəxtiyar,

Sibirdə Cavidə məzar qazıldı,

Vətənimdə böyük Xəzər qazıldı.

Axdı neftim-qazım yad ölkələrə,

Beləliklə ən saxta tarix yazıldı.

Dedi: amalımız bir, arzumuz birdi,

Yalan söz söylədi yalan vəd verdi,

Yadlar gəldi səni məndən qopardı

Bütün sərvətimi çəkdi apardi

Yetmiş il gizlicə siyasət qurdu.

Xain əməliylə toy-büsat qurdu.

Böyuk sarayları-gen küçələri,

Adımdan çıxarıb adlaşdırdılar.

Doğma şairlərim-sənətkarlarım,

Sürgünə getdilər, vidalaşdılar.

Murdar əlləriylə tutdu əlimdən,

Qardaşıq dedilər, doğmalaşdılar.

Altı yüz, on minlik xəyanətkarı,

Oğrunu, qulduru, cinayətkarı,

Köçürüb doldurdu torpağımıza,

"Xoşgəldin" söylədik qonağımıza.

Sığınacaq da verdik, çörək də verdik

Üşüməsinlər dedik, ölməsin dedik.

Nə adı var idi, nə də soyadı,

Aldıq çiynimizə yağını-yadı.

"Ceyhunu" dəyişib "Cerc" elədilər,

Ədəbiyyatımı dəyişib dərc elədilər.

Ağladı, sızladı, artdı, dirildi.

Qonaqlıq çox çəkdi, gör neçə ildi.

Rus-Yapon savaşı qurtaran kimi,

Qonaqlar pusdular bucağı-tini.

"Arxalı kopək qurd basar" deyə,

Qalxdı silahların tüstüsü göyə.

Mənimdir bu torpaq, mənimdir dedi,

Qonaqlar sizlərə qənimdir, dedi.

Şərəfim-şanım yox, dedi erməni.

Bu yerlər olacaq tezliklə mənim.

Atası fransız, anası rusdur,

Nə vaxtdan belə bir millət olmuşdur?

Ay axmaq, gəzdiyin o torpaq, yediyin çörək,

Haçandan sənindir, bir söylə görək?

Torpaq da türkündür, su da türkündür.

O, dağ-daş, təbiət baba mülkümdür!

Türkün tarixi var uludan-ulu,

Türkün olacaqdır bu zəfər yolu.

Şuşada, Ağdamda yatan məzarlar,

Vətən keşiyini çəkirlər ONLAR.

Torpağa yad mərmi düşməsin deyə

Şəstlə sinə gərdi namərd gülləyə.

Özünü alova-oda bələdi,

Canını Vətənə fəda eylədi.

Ölməmiş, səngərdə uzanıb onlar.

Yurdun keşiyində dayanib ONLAR.

Cənnətin sakini oldu ŞƏHİDLƏR!

Əbədi bir heykəl oldu ŞƏHİDLƏR!

Ayın işığından yaranib ONLAR.

TANRININ nuruna boyanıb ONLAR.

A, Serj! Söylə o "yan"lara, "dığa"nı qandır

Gəzdiyin bu torpaq AZƏRBAYCANDIR!

Tapılmaz

Ocaq sənsən, ocaqdakı köz mənəm,

Doğru sənsən, dürüst mənəm, düz mənəm

Zirvə sənsən, dərə mənəm, düz mənəm

Məndən başqa sənə sirdaş tapılmaz.

Ağlayan sən, gözündəki yaş mənəm.

Qaya sənsən, torpaq mənəm, daş mənəm.

Çağlayan sən, dolu mənəm, boş mənəm

Məndən başqa sənə qardaş tapılmaz.

Yad ölkədə şah olsam da qalmaram.

Doğma eldə saralmaram, solmaram.

Demə ki, mən sənə səcdə qılmaram

Səndən dönən bir vətəndaş tapılmaz.

Mənə açılan qapım.

Mənə açılan qapım,

Qonaq gəlsin evimə.

Anam açsın qolların

Gülüş qonsun üzünə

Mənə açılan qapım

Desin-gülsün körpələr

Türkçülüyün üzünə

Qoy açılsın körpülər

Mənə açılan qapım

Açılma dərdə-qəmə.

Günəşin şüaları,

Hər gün dəysin üzümə.

Bu qapım, bu pəncərəm

Açılanda taybatay,

Gecə Ay işığını

Gərək ki, ordan görəm.

Mənə açılan qapım

Açıl, baxım günəşə.

Arzum da, istəyim də,

Bu Türk dünyam birləşə.

Külək, aç pəncərəmi

Qoy meh dəysin üzümə

Yarpaqlar xışıldasın,

Quşlar etsin zümzümə.

Külək, aç pəncərəmi

Baxım uca dağlara.

Çalım" Yanıq Kərəmi"

Axsın buz bulaqlara.

Azərbaycan Bayrağı!

Sənsən mənim qürurum.

Sənsən mənim baş tacım.

Diz çöküm önündə mən

Öpüm, səni oxşayım.

Gecələrin gündüzü,

Zülmətlərin çırağı

Azərbaycan Bayrağı!

Dalğan ümmana bənzər,

Adın dillərdə əzbər.

Şöhrətin dünyaları,

Ayı-Ulduzu gəzər.

Millətimin, xalqımın

Sən arxası dayağı,

Azərbaycan Bayrağı!

Kor baxsa, gözlərinə

İşıq gələr, nur gələr.

Yaği baxsa gözləri

Tez tutular, kor olar.

Qanadlan səmalarda

Sanki Qartalsayağı

Azərbaycan Bayrağı!

Azərbaycan Bayrağı!

Məmməd Araza

Xəbərdaram yazdığın bütün şeirlərindən,

Fərqləndirən nədir ki, səni qeyrilərindən.

Qiymətlidir sözlərin, həm açıqca, həm aydın

Çıxıb Yer Kürəsindən Ayda-Marsda yazaydın.

Qurğuşundan ağırdı hər sözünün çəkisi,

Şairlərlə ucalır Azərbaycan ölkəsi,

Yurdumun şaxtasına məhəbbətin bahardır

Səntək övladı olan vətən, nə bəxtiyardır.

Şeir

Bəzən, elə bir adama rast gəlirəm ki, şeir

oxunanda üzünü yana çevirir, təəccüblənirəm.

Şairlər hər gülü-çiçəyi sevir

Özləri sevilmir-görəsən niyə

İndi insanların gözündə şeir

Bəlkə də dəyməyir qara qəpiyə

***

Şeirlə ucalır doğma Vətənim

Yenidən Vaqiflər, Vazehlər gəlir

Şeirlə yazılıb bu Dövlət Himnim

Yüksək zirvələri fəth edib gəlir.

***

Şeirdə dağ olur daş qırıqları,

Şeirlə həll olur insan haqları

"Ənəlhəq" söyləyən Nəsimi kimi

Günəşlə açılır hər sabahları.

Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" şerinə...

Deyirsən ki, sağlığında qiymət verək insanlara.

Yaxşı deyək yaxşılara, yaman deyək

yamanlara

Bu zamanda kimə yaxşı deyək, kimə yaman.

Seçmək olmur kimdi şeytan, kimdi insan.

Hər kəs özü-öz işində tapılmayır,

İnsanlığın qarşısına yaxşı qapı açılmayır.

Kimə qiymət verək söylə,

Kimə tülkü, kimə aslan deyək, söylə.

Dəyişilib zamanımız

Yaxşılığı dərk etməyir imanımız.

İtirilib insanlığın ünvanı da,

İtirmişik yaxşını da yamanı da.

Üz tutmayın uşaqlara,

qocalara,

cavanlara

Uşaqların bağçadadır, cavanların barda içir.

Qocaların qalan ömrü "Qocalar evində" keçir.

Bu adətdən sənin xoşun gəlməsə də

Adətimiz budur bizim.

Çörəyimiz oğurluqdu, yalanımız sudur bizim

İnsanlığa bu dünyada hörmət yoxdur.

İtirilib dosta qarşı dostluğumuz

Biz heykəli üstün tutduq bu həyatda,

Biz qızılı, var-dövləti üstün tutduq

bu həyatda.

Yaxşılara-yaxşılığı tez unutduq

bu həyatda.

Elə bildik o, dünyada mülk alırıq

Bilmədik ki, bu dünyada varlandıqca, o, dünyada

alçalırıq

Göz görməyir insanlığı,

kasıbları unuduruq

Varlılara alqış deyib,

zənginlərə əl çalırıq.

Kasıb məğrur, kasıb mərddir

Kasıblığı ələ salmaq nadanlıqdır,

böyük dərddir.

Bax, bunlara qiymət verin

İnsan deyin, insanlara

Yaman deyin, yamanlara.