"Apple" "Disney"i 200 milyard dollara almaq istəyir

28 Mart 2017 20:01 (UTC+04:00)

ABŞ-ın nəhəng "Apple" korporasiyası "Disney" studiyasını 200 milyard dollara almaq fikrinə düşüb. Bu barədə "The Wall Street Journal" məlumat yayıb. Mütəxəssislərin fikrincə, bu, "Apple" şirkəti üçün uğurlu investisiya olacaq, çünki bütün zamanların ən çox satılan cizgi filmi "Soyuq ürək" məhz "Disney"də çəkilib. Ötən il şirkət və kinostudiyaları il ərzində rekokrd həddə - 7 milyard dollar gəlir əldə etməyi bacarıb.