Daha bir məşhur vəfat edib

11 Mart 2017 12:51 (UTC+04:00)

Amerikalı məşhur yazıçı Robert Ceyms Uoller 77 yaşında dünyasını dəyişib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Uoller 1992-ci ildə yazdığı "Medison dairəsinin körpüləri" romanı ilə məşhurlaşıb. 1993-cü ildə bestseller hesab olunan kitab 40 dilə tərcümə edilib və 12 milyondan çox nüsxəsi satılıb. Roman əsasında eyniadlı film də çəkilib.