Nurlana Cəfərova efirdən getdi? FOTO

18 Yanvar 2017 17:21 (UTC+04:00)

Aparıcı Nurlana Cəfərova ATV-dən getdi. SİA-nın məlumatına görə, o, bundan sonra AzTV-də çalışacaq. N.Cəfərova əməkdaşımızla söhbətində bildirib ki, yeni verilişi AzTV-nin nəzdində fəaliyyət göstərən "Mədəniyyət" kanalında efirə gedəcək:"Görüş yeri" adlanan proqram yanvarın 23-dən etibarən həftədə beş gün saat 15:00-da efirə gedəcək. 11 ildir ATV-də çalışıram. Artıq inkişaf etməyin vaxtıdır. Dövlət kanalından təklif gəldi, mən də razılaşdım. 3,5 il 106 FM-də direktor vəzifəsində işlədim. Son vaxtlar direktorluqdan uzaqlaşdım, radio aparıcısı kimi çalışırdım. Artıq radio ilə də yollarımı ayırdım".