AXCP açıq-aşkar anti-milli qüvvəyə çevrilib FAKTLAR-TƏHLİL

16 Avqust 2016 17:38 (UTC+04:00)

Sirr deyil ki, Türkiyədə bir ay öncə baş vermiş və uğursuzluqla nəticələnmiş hərbi çevriliş cəhdinə qarşı ilk etiraz edən və qardaş ölkənin qanuni hakimiyyətinə ilk açıq dəstək verən dövlət məhz Azərbaycan Respublikası oldu. Dövlətimiz və xalqımız bir daha bu addımı ilə sübuta yetirdi ki, qardaş ölkəin ən çətin vəziyyətlərində belə hər an yanındadır. Belə ki, hadisələr baş verər-verməz Azərbaycan Xarici İşlər Nazirliyi çevriliş cəhdindən dərhal sonra bəyanat verərək rəsmi Bakının Türkiyə xalqı və dövlətinin yanında olduğunu bildirdi.

Eləcə də Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə ölkə rəhbəri cənab İlham Əliyevin bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirdiyini bəyan etmişdi. Məhz bu faktordan belə nəticəyə gəlmək mümkündür ki, Türkiyə dövlətinin rəhbərliyi və yüksək diplomatik korpusları hər zaman Azərbaycanın dəstəyini öz üzərlərində hiss etdiklərini vurğulayıblar. Məsələn, Azərbaycan iqtidarının qəti və birmənalı mövqeyi Türkiyənin hökumət və dövlət rəsmiləri, eləcə də Türkiyənin Bakıdakı səfiri tərəfindən dəfələrlə təqdir edilib.

Azərbaycan iqtidarın birmənalı mövqeyi ölkə siyasi palitrasının bütün seqmentləri tərəfindən bölüşülmədi

Lakin iki qardaş ölkə arasında mövcud olan sarsılmaz tellərin mövcudluğu istər xarici, istərsə daə daxili düşmənlərin maraqlarına cavab verməyib. Xüsusilə, zaman-zaman, hətta vaxtaşırı olaraq xarici ölkələrdəki ağalarına xidmət göstərən, təlimatlar alıb dövlət maraqlarıa qarşı "siyasət" yürüdən və xəyaətkar fəaliyyətlərini "müxalifət" pərdəsi altında gizlətməyə çalışan dairələr növbəti dəfə öz çirkin əməllərini müxtəlif sferalarda bölüşməyə cəhd höstərdilər. Beləliklə, Türkiyə hadisələri fonunda Azərbaycan iqtidarın birmənalı mövqeyi, təəssüf ki, Azərbaycan siyasi palitrasının bütün seqmentləri tərəfindən bölüşülmədi.

"FETÖ"nün Azərbaycan filialının baş "hizmətçisi" AXCP sədri Əli Kərimli olub

Artıq o da sirr deyil ki, "FETÖ"-çü (Fətullah Gülənin terror təşkilatı-R.N.) qiyamçıları Ərdoğanı devirməyə nail olsaydılar, dərhal Azərbaycana qarşı da geniş mübarizə cəbhəsi açacaqdılar. Bu iddia ilə bağlı Türkiyənin baş naziri və xarici işlər naziri açıq mətnlə bildirdilər ki, Fətullah Gülənin "hizmətçiləri" olan – fətullahçılar, gülənçilər, yaxud da "Gülən camaatı" terrorçuları Azərbaycanda da çevriliş planları hazırlayırmışlar. Belə bir halda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli əlinə düşən fürsətdən maksimum şəkildə yararlamağa çalışıb və uzu illərdir əəməkdaşlıq etdiyi "FETÖ"-nün təlimatlarını icra etmək üçün ağalarından əmr gözləyib. Çüki o da sirr deyil ki, dünyəvi Azərbaycanda gülənçiliyin sosial bazası olmadığından bu rolu ənənəvi radikal müxalifət, daha dəqiqi, AXCP yerinə yetirməyə çalışıb və artıq cəbhəçilərlə fətullahçılar arasındakı əməkdaşlığa dair faktlar da ortadadır.

Faktlar, sübutlar, dəlillər...

İndi isə həmin faktları bir daha nəzərdən keçirək. Məsələn, artıq uzun illərdir Kərimlinin ən yaxın tərəfdaşlarından olan jurnalist Qənimət Zahidin "Azərbaycan saatı" adlı verilişi Türkiyənin "Barış TV" kanalının tezliyindən yayımlanırdı. Dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyə hakimiyyəti "Barış TV"-ni Fətullah Gülənin qruplaşmasının nəzarətində olan digər bir çox KİV-lərlə birlikdə bağladı. Yəni Əli Kərimli bundan xəbərsiz deyildi və digər faktlar da bu faktoru özüdə kifayət qədər ehtiva etməkdədir.

Aydın Taş-Turqut Ər-Əli Kərimli triosu – Azərbaycan və Türkiyənin dövlət maraqlarına qarşı

Həmin faktlardan digəri Əli Kərimlinin fətullahçı "Kurultay" nəşrinin baş redaktoru Aydın Taşla xüsusi əlaqələrinin olmasıdır. Belə ki, adəçəkilən nəşrin az qala hər nömrəsində Azərbaycan iqtidarının ünvanına yönəlmiş böhtanlar, çirkin cızma-qaralar yer alırdı. Eynilə Əli Kərilminin bilavasitə nəzarətindəki "Azadlıq" qəzetində olduğu kimi. Həmçinin, adəçəkilən nəşrin səhifələrində Qənimət Zahid insanları Azərbaycanda çevriliş etməyə çağırşlar edirdi. Məqalələrin bir çoxu isə Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Turqut Ərin qələmindən çıxırdı. O cümləfən, "Kurultay" dərgisində Əli Kərimliyə də tez-tez tribuna verirdi. Əlbəttə ki, həm Aydın Taş, həm də Turqut Ər kimi xəyanətkar ünsürləri bunun əvəzində "Azadlıq" qəzetində tribunaya sahib olurdular. Onlar o cümlədən, "Azadlıq" qəzetinin Türkiyədəki təmsilçisi səlahiyyətlərini də yerinə yetirərək, Türkiyə dövlətinə və iqtidarına qarşı çıxışları ilə yadda qalıblar. Lakin faktlar bununla da bitmir...

Gülən piramidasının maliyyəçisi Əli Kərimlini maliyyələşdirib

Məlum olub ki, Kərimli göstərdiyi xidmətlərinə görə zaman-zaman Gülən piramidasının baş maliyyəçisi olan Murat Kılıclının vasitəsilə pul yardımı alıb. Məhz həmin maliyyələr vasitəsilə AXCP sədri Əli Kərimli Azərbaycanda çevriliş etmək məqsədilə müxtəlif radikal təmayüllü təşkilatlar yaradıb, onları çirkin məqsədlər üçün istifadəyə cəəhdlər göstərib. Buna misal üçün NİDA hərəkatını göstərmək mümkündür. Hələ 2013-cü ildə NİDA-nın rəhbərlərinin həbsindən sonra bu qruplaşma AXCP-nin təsiri altına keçmişdi. Qəribədir ki, bundan sonra qruplaşmanın ideologiyasında liberal müsavatçılıqdan gizli gülənçiliyə doğru dəyişiklik baş verdi. Artıq bu dəyişikliyin haradan, kimdən və hansı üsullarla qaynaqlandığı da kifayət qədər bəllidir.

Beləliklə, "Azadlıq" qəzetini son aylar çıxmış nüsxələrinin monitorinqi və Əli Kərimlinin tərəfdarların sosial şəbəkələrdəki fəaliyyətinin təhlili də göstərir ki, bu şəbəkə Türkiyədəki çevrilişə hazırlıq üçün müəyyən sifarişləri yerinə yetiriblər. Belə ki, bu ilin əvvəllərində ABŞ mediasında Gülənin Ərdoğanı devirməyə çağıran yazıları işıq üzü görəndən sonra kərimovçu şəbəkə də eynilə gülənçilər kimi Ərdoğan əleyhinə kampaniyaya başlayaraq onun barəsində ictimai rəyin mənfiyə doğru dəyişməsinə "töhfə" verirdilər. Təbii ki, bu bənzərlik arxasında necə deyərlər, möhkəm bağların olması şübhəsizdir. Bakıdakı gülənçi şəbəkənin fəal üzvləri və AXCP tərəfdarları, xüsusən Əli Kərimliyə yaxınlıqları ilə seçilən Natiq Ədilov, Qənimət Zahid, Mahmud Şərifov, Rəşid Cəfərov Vüqar Niftiyev və digərləri Fətullah Gülənə dəstək olaraq təbliğatlarını davam etdirib, Türkiyədə bu şəbəkənin darmadağın edilməsini pisləyiblər.

Artıq, Əli Kərimlin müavinləri sosial şəbəkədə fəallaşmağa başlamışdılar

Misal üçün, Kərimlinin mətbuat katibi Natiq Ədilov sosial şəbəkələrdə yazır: ""Məxməri islam"ın iki mükəmməl modeli-Misirdə "Müsəlman qardaşları", Türkiyədə-Gülən camaatı. Təəssüf ki, hər iki müsəlman qardaşlarımızı terrorçu elan etdilər".

Ədilovun digər qeydində Bakıda gülənçilərə qarşı mübarizə pislənilir: ""Fətullah Gülən məktəblərini üç ölkə bağlayıb: Somali İordaniya və Azərbaycan. Bu, acınacaqlı və gülməlidir!"

Nəticə etibarilə belə qənaətə gəlmək mümkündür ki, hələ 2003-cü il prezident seçkiləri və 2005-ci il parlament seçkilərindən sonra "Yaşasın Bin Laden" manşeti ilə qəzet çıxaran, Azərbaycanda siyasi İslamın təbliği üçün rupora çevrilmiş "Azadlıq" qəzetinin sahibi Əli Kərimli bu gün də eyni mövqedən çıxış edir, hakimiyyətə hansı yolla olursa-olsun yiyələnməsi üçün hətta şeytanla belə əməkdaşlığa hazır olduğunu sübuta yetirir.

Nardaran olayları – bənzərlik və qeyri-təsadüf

Əli Kərimli AXCP sədri olaraq ötən ilin noyabrında Nardaranda mənzillənmiş bir qrup radikal dindarın silahlı üsyan cəhdini də dəstəkləmişdi və bunu nəticəsi olaraq, onun müavini Fuad Qəhrəmanlı artıq sözügedən ittihamlar fonunda mühakiməə olunur. Demək olar ki, Nardaran hadisələri yuxarıda qeyd edilənlərlə bənzərlik təşkil edir və bu həm də təsadüf deyil, qeyri-təsadüf hesab oluna bilər. Məhz o da Nardaran hadisələri zamanı sosial şəbəkədə insanları "qiyama" səsləyib, bununla ölkədə vətəndaş qarşıdurması yaratmağa cəhdlər göstərib. Bütün bunların arxasında isə Əli Kərimlinin dayanması şübhə doğurmur. Nəticədə sağlam düşüncəli ictimai rəy də yaxşı anlayır ki, AXCP artıq ideoloji simasını itirmiş, milli mənafeləri düşünməyən, sədrinin merkantil məqsədlərinə çatmaq üçün istənilən qaranlıq dairələrlə müttəfiqliyə hazır olan antimilli qüvvəyə çevrilib. Bu cür qüvvələrin qarşısı isə zamanında alınmalıdır.