Tehranda moda və geyim festivalı keçirilir

4 Mart 2016 02:53 (UTC+04:00)

Tehranda 5-ci Fərc Moda və Geyim Festivalı keçirilir. Festivalda İranla yanaşı, digər İslam ölkələrində fəaliyyət göstərən məşhur firmaların istehsal etdikləri geyimlər nümayiş olunur.

Yazın gəlişi ilə əlaqədar hazırlanan yeni dəbli qadın paltarları İslam qaydalarına uyğundur. Müxtəlif geyimlər təqdim edən festival yerli və xarici turistlər tərəfindən maraqla qarşılanır.