Çin yeni superkompyuter yaratmağı planlaşdırır

23 Yanvar 2016 23:39 (UTC+04:00)

Bu il Çin 1000 petaflops (saniyədə 1 kvadrillion əməliyyat) məhsuldarlığa malik yeni superkompyuter yaratmağı planlaşdırır. Sinxua agentliyi xəbər verir ki, Milli Superkompyuter Mərkəzinin rəhbəri Lyu Quanmin deyib ki, dünyanın ən güclü super kompyuterlərindən biri sayılan "Tyanhe-1" tam yüklənmə ilə işləməyə başladığından yeni nəsil superkompyuterin yaradılmasına zərurət yaranıb. Lyu Quanmin bildirib ki, yeni superkompyuter nəsli yalnız Çinin öz gücü hesabına yaradılacaq.

Qeyd edək ki, "TOP-500" reytinqinə əsasən, indi dünyada ən sürətli superkompyuter Çində yaradılmış "Tianhe-2 (MilkyWay-2)" sistemidir.