Nicat uduzduğuna görə Gökhanı qınadı

9 Yanvar 2015 12:51 (UTC+04:00)

"O səs Türkiyə" müsabiqəsinə qatılan və dueldə uduzan həmyerlimiz, müğənni Nicat Məhərrəmov giley edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı dueldə qalib gələ bilməməsində qrupunda olduğu münsif və müğənni Gökhanı günahlandırıb: "Hər kəs deyir mahnı səsinə uyğun deyildi, niyə oxudun? Mahnı hard-rok idi. Bu, mənim yox, Gökhanın seçimi idi. Yanlış duel və mahnı seçimi ilə məni yarışda uduzdurdu. Bilərəkdən etdilər. Hamı videoya baxsa, hər şeyi başa düşəcək".