8 aylıq körpənin çəkisi 25 kiloqrama çatıb

Piylənmədən əziyyət çəkən uşağın səhhəti hələlik yaxşı olsa da, həkimlər prosesin qarşısını almaq üçün ciddi dieta tədbiq etməyə başlayıblar
Kolumbiyada dünyaya gələn Santiaqo adlı 8 aylıq körpənin çəkisi ölkə mediyasında günün baş xəbərinə çevrilib. Körpənin nə az, nə çox 25 kilomqram çəkisi var. Bu isə, 8 aylıq uşaqlarla müqayisədə normal çəkidən 3-4 dəfə artıqdır. 
 
Piylənmədən əziyyət çəkən uşağın səhhəti hələlik yaxşı olsa da, həkimlər prosesin qarşısını almaq üçün ciddi dieta tədbiq etməyə başlayıblar. 
 
Həkimlər qısa zaman ərzində körpəni 8 kiloqrama qədər arıqlatmağı qarşılarına məqsəd qoyublar.


Şərh yaz