Sabah hava nece olacaq?

 

Azərbaycan sinoptikləri sabah ölkənin bəzi ərazilərinə yenidən qarın yağacağını proqnozlaşdırıblar
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü verilən məlumata görə, martın 2-də Bakıda və Abşeron yarımadasında səhər saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 3-5, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında martın 2-də havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

seyavuw
18:43 13.03.2014

salam

elgn.memmedov
12:32 30.11.2013

salam genceye qr yagacag

Şərh yaz