Pentaqon: İncirlik bazasından Ankaranın icazəsi ilə istifadə edirik

Birləşmiş Ştatlar Türkiyənin hərbi bazalarından, o cümlədən İncirlik aviabazasından yalnız Ankaranın icazəsi ilə istifadə edir. SİA-nın verdiyi xəbərə görə, Pentaqon Rusiyanın S-400 zenit raket sistemlərinin almasına görə Ankaraya qarşı sanksiyaların tətbiq ediləcəyi halda Türkiyənin İncirlik və Kürəcik bazalarının ABŞ-ın üzünə bağlana biləcəyi haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini belə şərh edib.

“Türkiyə bazalarında, o cümlədən İncirlikdə ABŞ hərbi qüvvələrinin mövcudluğu Türkiyə hökumətinin icazəsi ilə həyata keçirilir. Biz hərbi qüvvələrimizin Türkiyədəki statusuna çoxillik sadiqliyimizin və NATO üzrə müttəfiqimizin və strateji partnyorumuzun müdafiəsi kimi baxırıq”, – deyə Pentaqondan bildirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə